Bakıdakı aksiyada saxlanılanlar var - FOTO - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclərin aksiya keçirmək cəhdi baş tutmayıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, aksiya zamanı 10-a yaxın gənc saxlanılıb. Digər aksiya keçirən gənclər isə ərazidən uzaqlaşdırılıb.Ərazidəki polislərin verdiyi məlumata görə, saxlanılan şəxslər Səbail rayon polisinə aparılıblar.Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclər aksiya keçirməyə cəhd edib. Narazı gənclər NİDA-çılara verilən həbs cəzasından narazılıqlarını bildiriblər. Onlar əllərində gənclərin azad olunmasını tələb edən plakatlar tutublar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi yekunlaşıb. hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Hökmə əsasən Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il azadlıqdan məhrum olunublar.**** Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclər aksiya keçirməyə cəhd edib.ANS PRESS-in məlumatına görə, hazırda aktiv gənclər məhkəmənin yerləşdiyi binanın qarşısında toplaşıblar.Narazı gənclər NİDA-çılara verilən həbs cəzasından narazılıqlarını bildirirlər. Onlar əllərində gənclərin azad olunmasını tələb edən plakatlar tutublar. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polislər narazı gəncləri ərazidən uzaqlaşdırmağa çalışır.Qeyd edək ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi yekunlaşıb. hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Hökmə əsasən Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il azadlıqdan məhrum olunublar.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























