• $
  • €
  • ₽
  • ₺
  • £

Yollarda vəziyyət necədir?

Yollarda vəziyyət necədir?
21.01.2022 10:24
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.


AAYDA-dan Anews.az-a verilən məlumata görə, "ZƏFƏR” yolunda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.


Bakı - Quba - Rusiya Federasiyası ilə dö­vlət sərhədi: yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.


Giləzi – Xızı: yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.


Qobustan-Şamaxı: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.


Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.


Muğanlı – Ağsu, Muğanlı-İsmayıllı: yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.


İsmayıllı - Qəbələ - Oğuz- Şəki: yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 6-8 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.


Şəki - Qax – Zaqatala: yağıntı yoxdur, marşrut boyu 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Şəmkir - Gədəbəy: yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14 dərəcə, Şəmkir rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Gəncə - Daşkəsən: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Ələt – Astara: yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Masallı – Yardımlı , Lənkəran – Lerik: yağıntı yoxdur. Yardımlı rayonu ərazisində 8-9 dərəcə, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol