Qan xərçəngindən əziyyət çəkənlərə 20 adda dərman verildi

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatları təhvil verilib.
Bildirilib ki, bununla mərkəzə verilən dərmanların sayı 38-ə çatıb.
Dərman preparatlarının təminatı "Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (Tədbirlər Proqramı) çərçivəsində həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























