Yataq xəstəsi olan qadın yanaraq öldü

Masallıda yataq xəstəsi olan qadın yaşadığı evdə yanaraq ölüb.
www.anews.az
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Ümumi sahəsi 63 m² olan 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə bağlı təhqiqat aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























