Əli Cəfərov: Ənənəvi təhsil sistemi demək olar ki, özünü doğrultmadı - MÜSAHİBƏ

Demokratiyanın və Milli Dəyərlərin Təbliği- İctimai Birliyinin sədri Əli Cəfərovla müsahibəni təqdim edirik
-Əli bəy rəhbərlik etdiyiniz Demokratiyanın və Milli Dəyərlərin Təbliği - İctimai Birliyi hazırda hansı işlərlə məşğuldur?
- Hazırda biz Bakı şəhəri Z. Məmmədov adına 171 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyyə dəstəyi ilə “interaktiv təlim sistemini tətbiq etməklə sagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda layihənin icrasını həyata keçiririk.
- Layihə nədən bəhs edir, məqsədiniz nədir?
- Əsas məqsədimiz budur ki, tədrisdə kurikulum sisteminin üstünlüklərini valideyinlərə izah etməklə, tədrisdə milli kurikulum vasitəsi ilə şagirdlərdə vətən sevgisi hisslərini aşılamaq, onların danışıq qabiliyyətlərini inkişaf etdirməkdir. Eyni zamanda məktəb – valideyn münasibətlərinin tənzimlənməsi onların qarşılıqlı əlaqələrinin gücləndirilməsidir. Tədrisdə uzun müddət istifadə etdiyimiz ənənəvi təhsil sistemi demək olar ki, özünü doğrultmadı və haqlı olaraq yeni Milli Təhsil Sisteminin yaranması zəruriyyəti meydana gəldi. İnteraktiv təlim sistemini tətbiq etməklə müəllim şagirdlərin ürəyinə daha asan yol tapa bilər, eyni zamanda məqsədinə nail ola bilər. Bu təlim metodunda müəllim şagirdləri fərd, bir şəxsiyyət kimi qəbul etməli, onlara hörmətlə yanaşmalı və etbar etməlidir. Bizim əsas məqsədimiz təlimin səməriliyini artırmaq, şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək və onlarda təşəbbüskarlıq hislərini gücləndirməkdir. Biz bilirikki, bizim təlimlər nəticəsində şagirdlərdə kollektiv təsübkeşlik hissləri güclənəcək və onlarda liderlik həvəsləri formalaşacaqdır. Düsünürəm ki, belə təlimlər balaca fidanlarımızda özünə inam hisslərini gücləndirəcəkdir.
- Layihənin icra vəziyyəti necədir, işləriniz necə gedir?
- İşlərimiz qaydasındadır. İcra planına uyğun olaraq 20 nəfərdən ibarət iki qrup formalaşdırdıq. Biz sevimli şairimiz B. Vahabzadənin “Şəhidlər” şeri əsasına təlim proqramını hazırladıq və təlim iki üsul ilə tədris edilir. Hər qrupa 3 təlim nəzərdə tutmuşduq. Eyni zamanda hər qrup üzrə bir təlim şəhidlər xiyabanınada keçirtmək nəzərdə tutulub. Təlimin sonunda isə təlimçilərin təlimi necə mənimsəmələrini müəyyən etmək məqsədilə kollektiv, valideyn və ictimaiyyət nümayəndələrinin iştirakı ilə disput keçriləcəkdir. Onlar vətən, vətənpərvərlik mövzusunda şerlər əzbərləyəcək, eyni zamanda kiçik həcmli esselər hazırlayacaqlar. Eyni zamanda kiçik həcmli teatrlaşmış tamaşalarda nəzərdə tutulub. Hesab edirəm ki, bu cür təlimlər şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirəcək, onlar mübariz, əzmkar olmaqla yanaşı, eyni zamanda nitq qabiliyyətləri də inkişaf edəcəkdir. Onlar layihə müddətində vətənpərvərlik mövzusunda yazılmış əsərləri təhlil etmək, müzakirə etmək, proqnoz vermək, öz bilik və təcrübələrini tətbiq etmək, izah etmək, qiymətləndirmək bacarıqlarına yiyələnəcəklər. Eyni zamanda valideyn – məktəb münasibətləri , onların əlaqələrində müsbət dəyişkənliklər baş verir. Hər kəs bu təlimlərin səmərəli keçirilməsində maraqlıdır və proseslərdə həvəslə iştirak edirlər. Çox maraqlıdır ki, şagirdlərimiz məhz müəlimlərimizin təşəbbüsülə vətənpərvərlik mövzusunda kiçik səhnəciklər hazırlayırlar.
- Dövlət qrumlarının QHT-lərə münasibəti necədi, bu haqda nə deyə bilərsiniz?
- Bu gün demək olmaz ki, dövlət qrumlarının bütövlükdə QHT-lərə münasibəti yaxşıdır. Müəyyən problemlər var və bəzi rəhbər şəxslər bizimlə əməkdaşlıq etmək istəmirlər. Amma, kankret olaraq bizim hazırda fəaliyyət göstərdiyimiz Bakı şəhəri Z. Məmədov adına 171 saylı tam orta məktəbdə bizə çox yaxşı münasibət var və fəaliyyət göstərmək üçün hər bir şərait yaradılıb. Tam səmimiyyətlə deyə bilərəm ki, istər məktəbin direktoru İradə xanım, istərsə də direktor müavini Sevil xanım bizə hərtərəfli köməklik edirlər. Çox müsbət haldır ki, bizim təlimlərdə Sevil xanım və valideynlər mütamadi iştirak edir və təlimin gedişatına öz münasibətlərini bildirirlər. Onların bizə olan səmimi münasibətlərinə görə öz dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda bu cür layıhələri dəstəklədiklərinə görə Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarıq.
ANN.Az
























