• $
  • €
  • ₽
  • ₺
  • £

“Məktəblərdə dini dərslərin keçirilməsi gündəmdə deyil” - Nazir

“Məktəblərdə dini dərslərin keçirilməsi gündəmdə deyil” - Nazir
06.05.2014 13:20
Təhsil naziri Mikayıl Cabbarov şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı imzalanan yeni əmrə münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, nazir jurnalisltərə açıqlamasında qeyd edib ki, burada bir məqsəd var, bu da təhsilin keyfiyyətinin təmin olunmasıdır: “Bu məqamda məntiq çox sadədir. Qərara əsasən bir sıra fənlər üzrə qeyri-kafi qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir. Fərz edin ki, əgər şagird 8-ci sinif proqramını mənimsəmirsə, onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq suallar doğurur. Formallıq hesabına şagirdi sinfdən sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə etibarilə vətəndaş kimi həyatda yer tapmasına xidmət edirik”. Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə 9-11-ci siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi təmin olunur: “Bu nöqteyi-nəzərdən liberal yanaşmanın tərəfdarıyıq. Bu təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil verməyə xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur”. Mikayıl Cabbarov eyni zamanda məktəblərdə dini dərslərinin keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ gündəmdə deyil.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol