• $
  • €
  • ₽
  • ₺
  • £

"İstəmirlər konsertimizə gəlməsinlər" - Rafaellə Coşqundan KVN mövzusuna CAVAB

"İstəmirlər konsertimizə gəlməsinlər" - Rafaellə Coşqundan KVN mövzusuna CAVAB
24.01.2022 12:20
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adınının "Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.


Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər.


Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları "Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.


Müzakirələrlə bağlı Ölkə.Az-a danışan Əməkdar artist Rafael İsgəndərov deyib ki, heç kim konsertə məcburi olaraq aparılmır:


"Mən o işlərdən tam uzaqdayam. Bilmirəm. Bu sualınıza Müşfiq özü cavab versə yaxşıdır. KVN-dən heç bir anlayışım yoxdur. Qaldı ki, camaatın təhqirinə, kim nə fikirləşir fikirləşsin. İstəmirlər gəlməsinlər, Allah canlarını sağ eləsin. Gəlirlər yenə də Allah canlarını sağ eləsin. Bu barədə heç nə danışmaq istəmirəm. Çünki mövzu çox çeynənilib. Boykot edirlər, nə bilim nə edirlər.


Otursunlar yaxşı fikirləşsinlər, yaxşı analiz eləsinlər. Nə edirlər etsinlər. Heç kəs heç kəsin filminə, konsertinə məcburi getmir. Gəlsələr də, gəlməsələr də sağ olsunlar”.


Əməkdar artist Coşqun Rəhimov açıqlamasında münasibət bildirməkdən çəkinib:


"Mənim ondan (KVN) anlayışım yoxdur. Müşfiq Abbasov gələcək və bir prodüser kimi cavab verəcək. Artıq sözlərə ehtiyac yoxdur”. 


Boykot çağırışlarından danışan aktyor bu sözləri deyib:


"Eybi yox, hər şeyi zaman göstərər”, - C.Rəhimov bildirib.


Qeyd edək ki, Müşfiq Abbasov eyni zamanda "Bu şəhərdə” komandasının ssenaristidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol