Ötən il icbari tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb- FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən ötən ilin dekabrı ərzində Bakı TƏB-i üzrə 223 041 və Sumqayıt TƏB-i üzrə 46 181 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 1 071 682 tibbi xidmət göstərilib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda keçirilən mətbuat konfransında qurumun mətbuat katibi Aynurə Əhmədova bildirib.
Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 458 151 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 778 117-si ambulator, 293 565-i isə stasionar şəraitdə göstərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























