Sumqayıt üzrə tibbi müəssisələrə müraciət edənlərin sayı açıqlanıb

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 117 təşkil edib.
Bunu "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda keçirilən mətbuat konfransında qurumun mətbuat katibi Aynurə Əhmədova bildirib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (151 884), Kliniki Tibbi Mərkəz (124 957), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (90 804), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (80 683), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (69 100), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (67 723), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (38 509), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (25 319), 39 nömrəli Şəhər Poliklinikası (23 592) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (19 916).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu:
Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 39 nömrəli Şəhər Poliklinikası, 15 nömrəli Uşaq Poliklinikası və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi yer tutur- deyə əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























