İndiyədək “Startap” şəhadətnaməsi üçün 66 müraciət daxil olub

Ötən ilin may ayından mikro və kiçik sahibkarlıq subyektlərinə "Startap” şəhadətnamələrin verilməsi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 66 müraciət daxil olub.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ekspertlər Şurasının 8 iclası keçirilib. İndiyədək mikro və kiçik sahibkarlıq subyektlərinə 32 "Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrobiznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib.
"Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.(report)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib