• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yaşayış məntəqələrinin elektrik şəbəkəsi yenidən qurulacaq

Bu yaşayış məntəqələrinin elektrik şəbəkəsi yenidən qurulacaq
24.01.2022 14:46
"Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib.
 
"Azərişıq”dan verilən məlumata görə, bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
 
Bu layihə çərçivəsində Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərinin elektrik şəbəkələrində yenidənqurma işlərinə başlanılıb.
 
Bu kəndlərdə 1970-ci illərdən istismarda olan köhnəlmiş transformator məntəqələri, elektrik naqilləri, ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunur. İşlərə başlanıldıqdan qısa müddət sonra Əliləmbəyli kəndində 210 evi qidalandıran, müxtəlif gücdə 5 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. 22 km-ə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib.
 
Ağasən və Çöl Ağammədli kəndlərində isə 7 ədəd müasir tipli kompleks transformator məntəqəsinin quraşdırılması planlaşdırılıb. Onlardan 3-ü artıq hazır vəziyyətə gətitilib. Görülən işlər çərçivəsində hər 3 kəndin ərazisində 1600 ədəd dayaq basdırılıb, 39 km-ə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin, abonentlərin sayğacları yenilənir.
 
Layihənin icrası tam başa çatdıqdan sonra Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərində 369 abonentin elektrik enerjisi təchizatı yaxşılaşdıracaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol