Ərəblər Azərbaycanda adı "Qırmızı kitab"a düşən quşları ovlayıb - VİDEO - YENİLƏNİB

"Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
Bu sözləri ərəb turistlərin Azərbaycanda ovlanması qadağan edilmiş nadir quşları ovlaması ilə bağlı yayılan görüntülər barədə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
--------------
Ərəb turistlərin Azərbaycanda "Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.
"Ecofront" səhifəsi sözügedən görüntüləri yayıb və kadrların Tovuz rayonu ərazisində lentə aldığını iddia edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























