Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - DİN-dən AÇIQLAMA

Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi barədə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsədin mövcud pərakəndəliyi aradan qaldırmaq olduğunu bildırib.
"Evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi "neqativ hallar" müşahidə olunurdu. Polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçündür. Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər", deyə mətbuat katibi qeyd edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib