• $
  • €
  • ₽
  • ₺
  • £

“Oğlanlarımdan birinin hələ 40-ı çıxmayıb...” - Fatma Səttarova

“Oğlanlarımdan birinin hələ 40-ı çıxmayıb...” - Fatma Səttarova
25.01.2022 11:14
Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illiyi münasibətilə onu "İstiqlal” ordeni ilə təltif edib.


Modern.az 100 yaşını qeyd edən Fatma Səttarova ilə əlaqə saxlayaraq, onun yubiley təəssüratlarını öyrənib.


- Sizi yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Bilmək istərdik, 100 illiyinizi necə qeyd edəcəksiniz?


- Təbrikə görə minnətdaram. Hər şey qaydasındadır. Yubileyimi sabah Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında kollektivimlə birgə qeyd edəcəyəm.


- Fatma xanım, ailə üzvləriniz doğum gününüzə necə hazırlaşır? 100 illik yubileyinizi ilk kim təbrik etdi?


- Mənim 4 övladım olub. Onlardan biri artıq 1 ildir ki, dünyadan köçüb. Digər oğlumun isə 40-ı hələ çıxmayıb. 11 nəvəm, 25 nəticəm var. Onlar da mənim üçün çox dəyərlidirlər.


- Bilmək istərdik, bu yaşınıza qədər aldığınız ən dəyərli hədiyyə nə olub?


- Bu yaşıma qədər aldığım ən gözəl hədiyyə cənab Prezident İlham Əliyevin məni təltif etdiyi "İstiqlal" ordeni oldu. Bundan gözəl, dəyərli heç nə ola bilməz. Bu ömür mənə Allah tərəfindən verildi, Prezidentimiz də gördüyüm işlərə görə yubileyim münasibətilə məni təltif etdi. Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım. Bundan gözəl hədiyyə ola bilməz.


- Geridə qalan illər ərzində xatirənizdən silinməyən hansı hadisələr olub? Hələ də unuda bilmədiyiniz məqamları yada salıb, keçmişə qayıdırsınızmı?


- Həyatımda o qədər hadisələr olub ki?! Ağır müharibələrin və zəfərin şahidi olmuşam. Ağır müharibə illərindən sonra iki universitet oxudum. Dörd balam dünyaya gəldi, onları böyütmüşəm, ali təhsil vermişəm. Vətənimin oğullarına, qızlarına xidmət etmişəm. Hər zaman çalışmışam ki, insanlara xeyrim dəysin, köməklik edim. Bu əməllərimlə gəlib 100 yaşıma çatmışam. Allah hamıya uzun ömür, cansağlığı nəsib eləsin. Həmişə xoş günlər yaşayaq, həyatımızın unudulmaz çağları yalnız xoş günlər olsun. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm.


Fatma Səttarova‎ 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib. F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol