• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın korrupsiya səviyyəsinə görə neçənci sırada olması açıqlandı - SİYAHI

Azərbaycanın korrupsiya səviyyəsinə görə neçənci sırada olması açıqlandı - SİYAHI
25.01.2022 12:29
Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transparency İnternational") 2021-ci il üçün "Korrupsiya Qavrama İndeksi -2021" adlı hesabatını açıqlayıb.

 Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabatda bildirlir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 30 balla 180 ölkə arasında 128-ci sırada yer alıb. 


Məlumat üçün bildirək ki, hesabat 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.


Illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.  
2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu,
2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü,
2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci,
2018-ci ildə 25 balla 180 ölkə arasında 152-ci,
2019-cu ildə 30 balla 180 ölkə arasında 126-cı, 
2020-ci ildə isə 30 balla 180 ölkə arasında 129-cu sırada yer alıb.
 
Azərbaycanın sonuncu hesabatda mövqeyi əvvəlki ilə müqayisədə 1 pillə yaxşılaşıb, topladığı bal isə dəyişməz qalıb. 


Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 48-ci sırada qərarlaşıb. 


Keçmiş SSRİ və region ölkələri korrupsiya səviyyəsinə görə belə sıralanıblar:
- Estoniya - 15-ci yer (74 bal)   
- Litva - 35-ci yer (61 bal) 
- Latviya - 37-ci yer (59 bal)          
- Gürcüstan - 48-ci yer (55 bal)
- Ermənistan - 57-ci yer (49 bal)
- Belarus  - 82-ci yer (41 bal)
- Türkiyə - 101-ci yer (38 bal)
- Qazaxıstan - 103-cü yer (37 bal)
- Moldova - 107-ci yer (36 bal)
- Ukrayna - 123-cü yer (32 bal)
- Azərbaycan - 128-ci yer (30 bal)
- Rusiya  - 139-cü yer (29 bal)
- Özbəkistan  - 143-cü yer (28 bal)
- Qırğızıstan - 145-ci yer (27 bal)
- İran - 152-ci yer (25 bal)
- Tacikistan - 153-ci yer (24 bal)
- Türkmənistan - 171-ci yer (19 bal)


Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka (88 bal), Finlandiya (88 bal) və Yeni Zelandiya (88 bal) hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Lüksemburq və Almaniya tamamlayır.


Ən pis vəziyyət isə Cənubi Sudan, Suriya, Somali, Venesuela, Yəmən, Şimali Koreya, Əfqanıstan, Liviya və Ekvatorial Qvineyada qeydə alınıb.(Yeniavaz)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol