• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbləri açıqlanıb

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbləri açıqlanıb
25.01.2022 19:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin səbəblərini açıqlayıb.


Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə "Report”a açıqlamasında deyib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələrin olması labüddür.


Onun sözlərinə görə, səviyyənin dəyişməsinin başlıca amili suyun hövzəsinin iqlimi ilə bağlıdır: "Səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementlərinə, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində 30-40 sm intervalında dəyişə bilər. Suyun səviyyəsi ən yüksək intervala yay aylarında çatır. Çünki həmin vaxt çayların gursululuq dövrü hesab olunur. Ən aşağı səviyyə isə qış aylarında müşahidə olunur”.


Nazirin müşaviri qeyd edib ki, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı: "Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən artıq dəniz səviyyəsində enmələr müşahidə olunur. Bu enmə sürəti ildə təxminən 7 sm-ə bərabərdir. Xəzər dənizinin Azərbaycan hissəsində müntəzəm müşahidələr aparılır. Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsiri var. Odur ki, planlaşmada bu məsələlər nəzərə alınmalıdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol