• $
  • €
  • ₽
  • ₺
  • £

Polis heykəltəraşdan 2000 manat tələb edib? - DİN-dən AÇIQLAMA

Polis heykəltəraşdan 2000 manat tələb edib? - DİN-dən AÇIQLAMA
25.01.2022 14:38
Heykəltəraş Rəşid Məhərrəmov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından şikayətçidir, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
Onun sözlərinə görə, hadisə yanvarın 22-də baş verib:

"Tanışım olan bir xanımla özümüzə məxsus maşında Xırdalandan qayıdırdıq. Bu zaman xanım mənə zəng vuraraq halının birdən pisləşdiyini dedi. Mən də maşını qırağa çəkib saxlamağını istədim. "Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərimizi saxladıq. Su götürüb, xanımın maşınına əyləşərək, onu sakitləşdirməyə çalışdım. Maşını 7-8 dəqiqə orada saxlamışdıq.

Düşəndə onun üzündən öpüb, sağollaşdım, maşını asta sürməsini, diqqətli olmasını dedim. Bu zaman 99-YP-687 nömrəli yol patrul maşınından polislər düşərək özlərini təqdim etmədən, üstümə hücum çəkərək, qışqıra-qışqıra qanunsuz işlərlə məşğul olduğumu bildirdilər. Dedilər ki, sən nalayiq işlər görürsən. Baş verənləri danışdım.

Onlardan biri dedi ki, sizi çəkmişəm, dana bilməzsən, telefonumda sübutum var. Qışqırıb sənədləri istədilər. Daha sonra sənədləri ciblərinə qoyub, "Ekologiya” postuna getməyimizi tələb etdilər. Səbəbini soruşduqda, dedi ki, yuxarıdan tapşırıq verilib ki, onların ikisini də gətirin bura. Dedim ki, maşındakı xanımımdır, istəmirəm posta getsin.

Dedi ki, 2000 manat ver, həll edək, nə xanım getsin posta, nə də sən. Xanımın posta getməməsi üçün məcbur qalıb razılaşdım. Dedim, 2000-ə gücüm yoxdur. Sonda 1500 manat tələb etdilər, dedilər haradan istəyirsən tap. Bir saata pulu gətir, sənədləri apar”, - deyə paylaşımda bildirilib. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, məsələ artıq Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürüb.

"Tərəfimizdən araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”, - deyə o bildirib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol