Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib

Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əməli törətməkdə təqsirləndirilən şəxslər - 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.
Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanan materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Ötən hədtə sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın səbail rayonu ərazisində ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.
Daha sonra heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.
Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - Tağızadə ilə Məmmədli müəyyən olunaraq saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























