• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın reyslərinin vaxtı dəyişdirildi - YENİLƏNDİ

AZAL-ın reyslərinin vaxtı dəyişdirildi - YENİLƏNDİ
25.01.2022 15:14
İstanbul beynəlxalq hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
 
Məlumata görə, bununla əlaqədar AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

"Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, rəsmi sosial şəbəkə hesablarından və KİV vasitəsilə almalarını xahiş edirik", - deyə aviaşirkət bəyan edib. 
***
Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması "Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar tarıxlərində) reyslərinin gecikməsinə səbəb olub, bu barədə AZAL məlumat yayıb.

Sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.
Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş, aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan "Airbus A340”-da yerinə yetiriləcək.

Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında - İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.

Gələn sərnişinlərdən İstanbul hava limanında "Azərbaycan Hava Yolları”nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul - Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.

Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol