Buraxılış imtahanları bir mərhələdə keçiriləcək

2022-ci ildə 9 və 11-ci sinif üzrə buraxılış imtahanı bir mərhələdə keçiriləcək, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva suallara cavab verərkən bildirib.
"İmtahanlar 85 sualdan ibarət olacaq. Proqrama dərsliklərdən əlavə heç bir material daxil edilməyib. Tövsiyə edərdim ki, abituriyentlər dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanda həm də OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsinlər. I-XI siniflər üzrə DİM tərəfindən tapşırıq nümunələri kitabçalarına baxsınlar. DİM-in saytında dinləmə materialları da yerləşdirilib", deyə Afiqə Batıyeva deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























