Yanvar-fevral üzrə Şuşaya avtobus biletləri tam satılıb

Bu ilin yanvar-fevral üzrə Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinə biletlər tam satılıb.
"Report"un əldə etdiyi məlumata görə, bu istiqamətdə ümumilikdə 1000-ə yaxın bilet satışı həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin istiqamətə hərəkət etmək istəyən sərnişinlər həftədə 4 dəfə təşkil edilən Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarından istifadə edə bilərlər.
"Bakıdan və digər ərazilərdən Əhmədbəyliyə səfər etməkdə heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar ya şəxsi avtomobilləri, ya da digər vasitələrlə Əhmədbəyliyə gedib oradan təşkil edilən reys vasitəsi ilə Şuşaya səfər edə bilər. Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir", - deyə o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























