• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pul mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs ölüb

Azərbaycanda pul mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs ölüb
25.01.2022 18:00
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin mənimsəmədə təqsirləndirilən sabiq sədri Xanlar İsmayılov vəfat edib.

"Report”un əldə etdiyi məlumata görə, bu barədə Xanlar İsmayılovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində bildirilib.

Bərdə Rayon Məhkəməsində araşdırılan cinayət işində təqsirləndirilən şəxsin istintaq dövründə - 2021-ci ilin noyabr ayının 1-də kəskin respirator çatışmazlığı xəstəliyindən öldüyü qeyd edilib.

Məhkəmənin qərarı ilə Xanlar İsmayılovun cinayət işinə xitam verilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri olmuş, 1958-ci il təvəllüdlü Xanlar İsmayılov 2021-ci ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan ilkin istintaqla X.İsmayılov 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilən tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət edən müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində onların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini mənimsəyib.

İstintaq dövründə Xanlar İsmayılovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol