• $
  • €
  • ₽
  • ₺
  • £

Polisi döyən deputat vəkilindən imtina etdi

Polisi döyən deputat vəkilindən imtina etdi
26.01.2022 11:52
Həbsdə olan deputat Eldəniz Səlimov vəkili İlqar Əliyevlə müqavilə bağlamaqdan imtina edib.

Bu barədə modern.az-a vəkil özü bildirib.

İ.Əliyev hazırda E.Səlimovun vəkili olmadığını vurğulayıb: "Onunla bağlı heç bir məlumat verə bilmərəm, mənimlə müqavilə bağlamayıb. Ancaq valideynlərindən məlumat ala bilərsiniz”.

Qeyd edək ki, Milli Məclisin deputatı Eldəniz Səlimov ötən il Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq edib. Deputat bu əməlinə görə  3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunurdu. İstintaq dövründə onun hüquqlarını vəkil İlqar Əliyev müdafiə edirdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol