Ölmüş kimi qeydiyyata alınıb pensiyası kəsilən qadınla bağlı - Rəsmi açıqlama

Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb. 1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olan H.Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırlıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.
Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir:
"Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.
Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























