Rusiyada kriminal avtoritetlər arasında atışma

Yekaterinburqda kriminal avtoritetlərin görüşü ("sxodka”) atışma ilə bitib.
Mübahisə pullu dayanacaqla bağlı məsələ üstündə başlanıb.
Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix baş verənləri təsdiqləyib. O bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.
Məlumata görə, Marsel Həsənov Çelyabinsk vilayətinə "baxmağa” təyin edilmiş, Yekaterinburqda maraqları olan məşhur çeçen "qanuni oğru” Əhməd Şalinskinin əlaqələndiricisi hesab olunur. İlk dəfə Marseli yayda döyməyə çalışsalar da, polisin müdaxiləsi ilə qurtula bilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























