Birinci Qarabağ müharibəsindən bəri neçə azərbaycanlı itkindir?

Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın 3 890-a yaxın vətəndaşı itkin sayılır.
Anews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, itkinlərin taleyi ilə bağlı Azərbaycan tərəfi illərdir beynəlxalq səviyyədə iş aparır.
"Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq, beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi.
Amma Azərbaycanın Baş Prokurorluğu, Hərbi Prokurorluğu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsiylə birlikdə genişmiqyaslı iş aparıb.
Onların eskhumasiyası həyata keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra axtarışlar daha da aktiv fazaya keçdi.
Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zaman naməlum kütləvi məzarlıqlar aşkar edildi”.
Kəlbəcərin Ballıqaya ərazisində ötən il kütləvi məzarlıq aşkar edilib.
Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində aşkarlanıb. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























