Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Binə qəsəbəsi sakini Şahin Əşrəfovu müəyyən edərək saxlayıblar. Həmin şəxslə izahedici söhbət aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Bu şəxs barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Şahin Əşrəfov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib