Axtarışa verilən jurnalist AÇIQLAMA VERDİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Tural Sadıqlı və jurnalist Fikrət Hüseynov barəsində axtarış elan edib.
Fikrət Hüseynov barəsində 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.
HAzırda Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli Anews.az-a bildirib ki, 2017-ci ildən sonra Azərbaycanla bağlı media fəaliyyətimdən başqa heç bir kənar fəaliyyəti olmayıb və axtarışa verilməsi ona qəribə gəlir.
"Mən bilmirəm niyə indi Bakı Şəhər Baş Polis İdarəsinin yadına düşmüşəm, amma haqqımda irəli sürülən iddialar əsassızdır. Nəzərə alsaq ki, 2-3 ildən çoxdur pandemiyadır və Azərbaycandan Avropaya gəlmək olmur, deməli qanunsuz miqrasiya təşkili maddəsi də doğru ola bilməz. Məncə bütün bu iddialar siyasi səbəbdən verilə bilər. Mənim siyasi mühacir olduğumu hər kəs bilir", - deyə jurnalist bildirib.
Fikrət Hüseynli 2008-ci ildən Hollandiyada siyasi mühacir kimi yaşayır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























