• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilan aeroportu beynəlxalq məkan indeksləri kataloquna daxil edildi

Zəngilan aeroportu beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
27.01.2022 19:38
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan Hava Limanını beynəlxalq məkan indeksləri kataloquna daxil edib.

Anews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin yanında Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb.

Hava limanına ICAO-nun dördhərfli "UBBZ” kodu təyin olunub. Bu barədə məlumat ICAO-nun "Məkan indeksləri)” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci il mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov İCAO-nun Qarabağın işğaldan azad olmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanımasını əhəmiyyətli hadisə kimi dəyərləndirib:
"Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil etməsi hər birimizdə iftixar hissi yaradır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyat-tranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək’’.

Qeyd edək ki, 2021-ci ilin aprel ayında inşasına başlanmış Zəngilan Hava Limanının tikilib istifadəyə verilməsi növbəti tarixi nailiyyət olaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək. Eyni zamanda regionda böyük, müasir standartlara cavab verən logistik habın yaradılmasına töhfə vermiş olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol