• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq bağçalarından silsilə oğurluqlar edənlər SAXLANILIB

Uşaq bağçalarından  silsilə  oğurluqlar edənlər SAXLANILIB
28.01.2022 11:02
Bakıda  uşaq  bağçalarından  silsilə oğurluqlar  edən  şəxslər  saxlanılıblar. 
 
Yanvarın 22-də Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxslər bağçaya ümümilikdə 5 min manata yaxın maddi ziyan vurublar.  Bağçanın müdriyyəti tərəfindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci  Polis Bölməsinə  ərizə  ilə müraciət ediləndən sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış  tədbirləri  nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Xaçmaz  rayon  sakini Elturan Vəlibəyov  və Sumqayıt sakini Vaqif Səfərov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov cəzaçəkmə müəssisəsində tanış olublar. Onlar hadisə günü qeyd edilən bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1000 manat nağd pul,1 ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları əşyaları Vaqif Səfərovun Sumqayıt şəhərində yerləşən mənzilinə aparıblar. Oğurlanan əşyaların bir qismi həmin mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb

Elturan Vəlibəyov  və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın  Xətai  və  Nəsimi rayonlarında da  uşaq  bağçalarından  oğurluqlar  etdiklərini  etiraf  ediblər.

Elturan Vəlibəyov  və Vaqif Səfərov 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol