• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 20 min hektar ərazi minalardan təmizlənib

Ötən il  20 min hektar ərazi minalardan təmizlənib
28.01.2022 13:15
2021-ci ildə 20 mindən hektardan çox ərazi minalardan təmizlənib, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.

Rüfət  Məmmədov deyib ki, 2021-ci ilin əvvəlindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmizləmə işlərinə start verilib.
 
"Bu işlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də fəaliyyət göstərdikləri istiqamətlər üzrə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müəyyən kontingenti cəlb olunub. Həmin ərazilərdə 52 mindən çox piyada və texnika əleyhinə minalar və partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib”, - deyə o bildirdi. 

Nazirlər Kabinetinin Aparat rəhbəri nəzərə çatdırıb ki, keçən il ərzində ümumilikdə 95 layihə icra edilib.
 
"Bu layihələrin əsas məqsədi ərazilərdə lazımı əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövrəyə buraxılması, xüsusilə kənd təsərrüfatı, sənaye parkları üçün nəzərdə tutulan ərazilərin, eyni zamanda artıq vətəndaşlarımızın bu ərazilərə qayıtması üçün yaşayış yerlərinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu işlərin davam etdirilməsi üçün bu ildə bu işlərin daha geniş miqyasda minatəmizləmə işlərinin aparılması nəzərdə tutulub. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni keçən ilə nisbətən 2 dəfə artıq bir ərazi təmizlənəcək. Turizm, dağ mədən sənayesi üçün ərazilərin də minalardan təmizlənməsi nəzərdə tutulur. Həmçinin daha geniş miqyasda yaşayış məntəqələrinin bərpası və yenidən qurulması planlaşdırılır”, - deyə o əlavə etdi.

Rüfət Məmmədov əlavə edib ki, bu ərazilərin digər yerlərdən daha çox çirkləndiyini nəzərə alaraq, keçən ildən süni intellekt əsasında çalışan, uzaq məsafədən, yəni, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlanıb.
 
"Bu sahədə ümumiyyətlə, Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur", - vurğuladı. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol