Qarabağ və Şərqi Zəngəzurda 30 min hektarlıq meşə bərpa olunacaq

Qarabağ İqtisadi Rayonu və Şərqi Zəngəzur İqtisadi zonaları ərazisində 30 min hektar ərazini əhatə edən meşələrin bərpası nəzərdə tutulur, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının katibliyinin müdiri Nüsrət Süleymanov deyib.
Süleymanov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq digər bir istiqamət işğaldan azad edilən ərazilərimizdə ermənilərin təbiətimizə vurduğu ziyanın aradan qaldırılmasıyla bağlıdır.
"Bilirsiniz ki, təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub, meşələrimiz məhv edilib. Bununla əlaqədar olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrup müəyyən fəaliyyətlər həyata keçirib. Ölkə başçısının ilk tapşırıqlarından biri olan, "Bəsitçay" Dövlət qoruğunun bərpa olunması ilə əlaqədar olaraq müvafiq sərəncamı olub. Bununla yanaşı qeyd etmək istərdim ki, 2022-2026-cı illəri əhatə edən işğaldan azad olunmuş ərazilərdə meşə bərpa tədbirlərini nəzərdə tutan, tədbirlər planı artıq təsdiq olunub", - deyə o bildirib.(apa)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























