• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib?

Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib?
29.01.2022 14:35
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Şahvələdova Mətanət Ziyəddin qızı ona verilən Prezident təqaüdünün kəsildiyini deyir.

O bu barədə sosial şəbəkədə videomüraciət yayımlayıb.
 
Şahvələdova bildirir ki, Pərviz Səmədovla 17 yaşında ailə qurub: "O zaman yaşım rəsmi nikah yaşına düşməyib. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci ildə şəhid olub. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alıram. 2021-ci ilin noyabrından isə mənə verilən Prezident təqaüdü dayandırılıb. Deyirlər ki, rəsmi nikahın yoxdur, ona görə təqaüd dayandırılıb".

"Qafqazinfo" məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, "Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə, o cümlədən ailə üzvlərindən biri kimi dul arvadına (ərinə) təyin olunaraq verilir.
 
"Bu zaman tələb olunan sənədlərdən biri də nikah haqqında şəhadətnamənin olmasıdır. Gəncə şəhər sakini Şahvələdova Mətanət Ziyəddin qızına Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun həyat yoldaşı kimi təyin olunmuş Prezident təqaüdünün ödənişinin dayandırılmasına səbəb də monitorinq zamanı Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnaməsini təqdim etməməsi olub. Bu barədə vətəndaşa məktub göndərilərək məlumat verilib".

Milli Qəhrəman P.ərviz Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub.  O, könüllü olaraq 1992-ci ildə Ağdam cəbhəsində döyüşlərə qatılır və komandir təyin edilir. Elə həmin ilin mayında şəhid olur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ona Milli Qəhrəman adı verilib. Gəncə şəhərində dəfn edilən qəhrəmanın adına orada bir neçə küçə də var

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol