2023-cü ilin dövlət büdcəsi layihəsi hazırlanacaq

2023-cü ilin dövlət büdcəsi layihəsi hazırlanacaq.
Anews.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2023-cü il və sonrakı üç il üçün Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2022-ci il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2022-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2022-ci il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini 2022-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























