Bəraətdən 3 gün sonra öldü

Qardaşını öldürməkdə təqsirləndirilən və ötən ay bəraət alaraq azadlığa buraxılan Elçin Camalov 3 gün sonra səhhətində yaranan problemlər səbəbindən ölüb.
Kriminalqafqaz- xəbər verir ki, məhkəmənin qənaətinə əsasən, qardaşı Etibar Camalov onu bıçaqladıqdan sonra Elçin özünü qorumaq məqsədilə onu bıçaqla vurub.
Məhkəmə onun əməlində cinayət tərkibi olmadığını və zəruri müdafiə həddini aşmadığını qeyd etmişdi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qardaşlar arasında ölümlə nəticələnən mübahisə işıq pulunu ödəmək üstündə yaranıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























