Hacı Şahin nəzirlərin onlayn verilməsi məsələsindən DANIŞDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli qanunvericiliyə dini qurumlara ianə edilmiş pul vəsaitləri ilə bağlı dəyişiklik təklifinə münasibət bildirib.
Hacı Şahin APA-ya açıqlamasında deyib ki, nəzir qutusundan yığılan vəsait əsasən dini icmaların fəaliyyətinə yönəldilir.
"Bizim məsciddə əvvəldən nəzir qutusu olmayıb. Onun adı "nəzir qutusu” kimi gedir, amma bu, insanların könüllü ianəsidir. Ümumiyyətlə dini icmalar ianələr hesabına fəaliyyət göstərir. Müasir dövrdə bunun bank hesabları ilə, onlayn qaydada edilməsi normal haldır. Pandemiya vaxtı bizim icmaya yardımlar məhz köçürmələr vasitəsilə olurdu. Xaricdə yaşayan vətəndaşlar da dəstəklərini bu cür ifadə edirdilər”, - deyə o vurğulayıb.
"Ona görə də hesab edirəm ki, bu, normal haldır. Əgər icmalar prosesə nəzarət edəcəklərsə, proses şəffaf icra olunacaqsa, bu, insanlar üçün də bir arxayınlıq yaradacaq ki, ödədikləri vəsait lazımı istiqamətdə xərclənəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























