Nazirlik onlayn qəbula keçdi

Sabahdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya Votsapla qeydiyyat əsasında aparılacaq.
Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 Votsap nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.
www.anews.az
Anews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























