• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən yeni QƏRAR

Baş nazirdən yeni QƏRAR
31.01.2022 22:40
Baş nazir Əli Əsədov "Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə qərarı imzalayıb.

"Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, "Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş hədlərdə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini altı ay müddətində təmin etsinlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Qərarla təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına və "Dövlət satınalmalarının vahid internet portalı haqqında” Əsasnaməyə uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.
Bu Qərarda dəyişiklik "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol