Cavanşir Feyziyev müsadirə olunan 5 milyonundan danışdı

Maliyyə müstəntiqləri deputat, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə ediblər, bu haqda Britaniyanın Milli Cinayət Agentliyi (NCA) məlumat yayıb.
Söhbət "Azərbaycanın pulyuyan maşını” adlı beynəlxalq pulyuma sxemindən əldə olunan milyonlardan gedir.
Maliyyə müstəntiqləri deputat, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə ediblər.
Agentlik bildirir ki, hərtərəfli təhqiqat nəticəsində deputatın həyat yoldaşı Rərvanə Feyziyeva, övladlarında biri Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına hesablar üzrə altı Hesab Dondurma Orderi əldə edilib.
Təhqiqatçılar bu hesablardakı pulların Azərbaycanın pulyuyan maşını sxemindən əldə edilməsindən şübhələniblər.
Sxem çərçivəsində vəsait Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.
Vestminister Magistr Məhkəməsində üç həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib.
Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.
Agentliyin Mülki Bərpa şöbəsinin rəhbəri Endi Lyus bunu Azərbaycanın pulyuyan maşını çərçivəsində müsadirə olunan əhəmiyyətli məbləğ adlandırıb. "Uğurumuz bu sxemlərdən istifadə edən hər kəsə riskin olduğunu ortaya qpyur. Biz orijinal kriminal fəaliyyətin dəqiq xarakterini sübut etmədən bu milyonları qaytara bildik. Böyük Britaniyaya qeyri-legitim yollarla daxil olan pulu hədəfə almaq üçün sivil gücdən istifadəni davam etdirəcəyik”, – o vurğulayıb.
Milli İqtisadi Cinayət Mərkəzinin direktor müavini Ben Rassel isə deyib.
"Bu iş NCA-nın beynəlxalq korrupsiya və ona bağlı pulyumanı araşdıraraq müsadirə etmək öhdəliyinin təsdiqidir. Böyük Britaniya qanunsuz maliyyəyə qarşıdır, onu aşkarlamaq üçün mümkün vasitələrdən istifadə edəcək”, - deyə bildirilib.

Modern.az bu kimi məsələlərlə bağlı deputatdan müsahibə alıb.
- Cavanşir müəllim, mətbuatda sizin vəkilinizə və sözçünüzə istinadən xəbər yayılıb ki, Böyük Britaniyada ailə üzvlərinizə məxsus bank hesablarının böyük bir hissəsi açılıb. Nə baş verib, məsələni geniş şərh edə bilərsiniz?
- Bəli, bu məlumat tam doğrudur. 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır.
- Niyə sərbəst buraxılan 10 milyon vəsait şübhə doğurmadığı halda qalan məbləğ, yəni təxminən 5 milyon funt sterlinq hakimə şübhəli görünür? Sizcə, bu şübhələr nədən və haradan qaynaqlanır?
- Qalan məbləğ vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb. Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı və bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib