Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib

"Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, həmin müddət ərzində əcnəbilər tərəfindən övladlığa uşaq götürmə ilə bağlı müraciət olmayıb.
Sədr deyib ki, ötən il yalnız ailəli şəxlərə övladlığa uşaq verilib: "Yəni heç bir subay vətəndaş övladığa uşaq götürməklə bağlı müraciət etməyib. Uşaq götürən ailələrlə keçirilən monitorinq zamanı heç bir neqativ hal qeydə alınmayıb. Həmçinin ötən il sağlamlıq imkanı məhdud uşaqlardan övladlığa uşaq götürülmə olmayıb".
2019-cu ildən övladlığa uşaq götürmə ilə bağlı səlahiyyətlər nazirliyin tabeliyinə verilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib