• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK 20 dərslik komplektinin istifadəsini məqsədəuyğun hesab etmədi

TQDK 20 dərslik komplektinin istifadəsini məqsədəuyğun hesab etmədi
05.05.2014 17:42

Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, TQDK-da II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı monitorinq aparılır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, TQDK tərəfindən bu müddət ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi aparılıb.

 

Bunlardan yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 35 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib. Nəticədə müvafiq fənlər üzrə ekspert qrupları tərəfindən formalaşdırılmış yekun rəylər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nda (derslik.edu.az) yerləşdirilib və nazirliyə göndərilib. “Dərslik portalı”na hər bir istifadəçi daxil olaraq rəylərlə tanış ola, dərsliklər haqqında öz qeyd və təkliflərini qeydiyyatdan keçərək bildirə və müzakirələrdə iştirak edə bilər. 

 

Məlumatda bildirilib ki, TQDK-da hazırda Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrəqədərki maketlərinin monitorinqi aparılır. Bütün fənlər üzrə ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Monitorinq nəticəsində formalaşdırılacaq yeni rəylər yaxın vaxtlarda Təhsil Nazirliyinə təqdim ediləcək.

 

Hazırda, həmçinin, qüvvədə olan tədris və yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərsliklərə uyğun TQDK-da hazırlanmış “siniflər üzrə test kitabçaları” və “dərs vəsaitləri”nin də elmi-metodiki monitorinqi həyata keçirilir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol