"Yaşıllıqları əsasən tikinti şirkətləri məhv edir" - Rəsmi AÇIQLAMA

Yaşıllıqların kütləvi kəsilməsi faktları əsasən tikinti şirkətlərinin payına düşür. 2021-ci ildə tikinti şirkətləri barədə 25 belə fakt müəyyənləşib. Onlardan 18-i barədə prokurorluğa təqdimat olub və cinayət işləri açılıb, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
"Tikinti şirkəti "maneçilik törədən ağaclar"ın kəsilməsində maraqlıdır. Belə olduqda, həmin ərazinin yaşıllığı itir. Qanunvericiliklə boş yeri alan tikinti şirkəti 40 % ərazini yaşıllaşdırmalıdır. Əgər binanı söküb və əvəzində nəsə tikəcəksə, 25 % həddində yaşıllıq təmin edilməlidir. Lakin təəssüf ki, tikinti şirkətləri aldıqları ərazidə ağacları bəzən gecə saatlarında, yaxud da ağacları qurudaraq məhvinə səbəb olurlar”, - deyə xidmət rəisi vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























