50 min metr sintetik tor məhv edilib

2021-ci ildə Azərbaycan su hövzələrindən 50 min metr sintetik tor toplanılıb, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Xidmət rəisinin sözlərinə görə, toplanılan torlar məhv edilib.
"Sintetik torların balıq ovunda istifadəsi qadağandır. Çünki ondan istifadə kiçik dəniz heyvanlarının məhv olmasına, su hövzələrinin çirklənməsinə səbəb olur. Lakin bu gün də həmin torların satışı davam edir. Satıcılar həmin torlardan başqa məqsədlər üçün istifadə ilə bağlı tələblər də qoya bilər. Müvafiq orqanlar bu məsələni ciddi nəzarətə götürməlidir”, - deyə Hikmət Əlizadə əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























