"Amazon" və "eBay"la ilkin mərhələdə 40 ölkəyə məhsul satılacaq

"ABŞ-ın elektron ticarət platformaları - "Amazon" və "eBay” vasitəsilə ilkin mərhələdə 40 ölkəyə Azərbaycan məhsulları satılacaq. Tədricən isə ölkələrin sayı artırılacaq, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport” portalının Ayxan Qədəşov bildirib.
"Satış zamanı bağlamalar poçtla çatdırılacaq. Hazırda poçt daşımalarında müəyyən problemlər olduğu üçün yalnız 40 ölkəyə daşımalar həyata keçirmək mümkündür. Gələcəkdə isə digər ölkələr nəzərdə tutulub”, - deyə o, qeyd edib.
Qədəşov "PayPal” ödəmə sisteminin Azərbaycanda aktiv olmamasının satışlara təsir etməyəcəyini də deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























