• $
  • €
  • ₽
  • ₺
  • £

Həmkəndlisini öldürmək istəyənin işi məhkəməyə verilib

Həmkəndlisini öldürmək istəyənin işi məhkəməyə verilib
03.02.2022 19:00
30 sentyabr 2021-ci ildə Cəlilabadın Sərhədabad kənd sakinləri Mirseyidəli Əliyev və qohumu Miralmas Əliyevin öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
 
Cəlilabad rayon prokurorluğundan  verilən məlumata görə, aparılmış istintaqla, zərərçəkmişlərin həmkəndlisi 2003-cü il təvəllüdlü Kənan Xubaliyevin qeyd edilən tarixdə aralarında olmuş mübahisə ilə əlaqədar Mirseyidəli Əliyevin yaşadığı evə gələrək həmin vaxt evin həyətində olan Mirseyidəli Əliyevə hücum edib əvvəlcədən özü ilə gətirdiyi bıçaqla sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, həmçinin həmin vaxt orada olan və cinayin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Miralmas Əliyevə də bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Kənan Xubaliyev Cinayət Məcəlləsinin  29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.2-ci maddələri (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol