Olimpiya çempionuna vəzifə verildi - FOTO

Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbər heyəti müəyyənləşib.




www.anews.az
Bu AHF-nin ümumi yığıncağında bəlli olub.
Orxan Abbasov yenidən vitse-prezident seçilib.
Həmçinin, 1976-cı ildə Kanadanın Monreal şəhərində SSRİ yığması ilə Olimpiya çempionu, qadın millimizin sabiq baş məşqçisi Rəfiqə Şabanova da bu posta layiq bilinib. O da federasiyanın vitse-prezidenti olub.
İdarə Heyətinə isə İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev üzv kimi daxil olub.
Həndbolçuların narazı olduğu federasiyanın baş katibi Yusif Atakişiyevin təyinatı isə daxili iclasda müəyyənləşəcək.2016-cı ildən AHF-yə rəhbərlik edən Saleh Məmmədov bu gün yenidən prezident seçilib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























