• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidmətinin keçmiş rəisinin əmlaklarının sayı məlum olub

Dövlət Xidmətinin keçmiş rəisinin əmlaklarının sayı məlum olub
03.02.2022 15:43
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun üzərinə həbs qoyulan pul və əmlaklarının sayı məlum olub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 may 2020-ci il tarixli qərara əsasən, təqsirləndirilən şəxsin xidməti iş otağında aşkarlanaraq götürülmüş 2 615 manatı, habelə onun evində aşkar olunaraq götürülən 10 000 manat və 180 000 ABŞ dolların üzərində qoyulan həbs saxlanılıb.
 
Bundan başqa, 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən, Z.Sultanovun adına bankdakı depozit qusutunda 600 000 ABŞ dolları, üzərində PAMP yazılan 4 ədəd hər biri 100 qram olan sarı rəngli metal sikkə, üzərində PAMP yazılan 2 ədəd hər biri 10 qram olan sarı rəngli metal sikkə, üzərində "15 rubley 1897” yazılan 1 ədəd sarı metaldan sikkə, üzərində "10 rubley” yazılan 3 ədəd sarı metaldan sikkə, üzərində "5 rubley” yazılan 3 ədəd sarı metaldan sikkə, üzərində "ən xoş arzularla” sözləri yazılan 1 ədəd 585 əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 ədəd sarı rəngli metal yaxa nışanı, 1 ədəd sarı rəngli metal təsbeh, üzərində "Zvezda” sözü yazılan sarı metaldan olan 1 ədəd sarı rəngli metal qol saatı, 1 ağ metal və qara rəngli dəridən ibarət olan bilərziyin üzərində həbs saxlanılıb.
 
 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.
 
Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.(Report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol