• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 33 şagird bu səbəbdən məktəbə getməkdən imtina etdi -Araşdırma aparılır

Azərbaycanda 33 şagird bu səbəbdən məktəbə getməkdən  imtina etdi -Araşdırma aparılır
03.02.2022 21:28
Sumqayıt Təfəkkür litseyinin 3 c sinif şagirdləri məktəbə gəlməkdən imtina edib. 
 
Anews.az Baku TV-yə istinadla xəbər verir ki, artıq 3 gündür bir sinifin 33 şagirdi dərsə gəlmir.

Valideynlərin məktəb qarşısında tələbi isə müəllimin dəyişdirilməsidir.
Baku TV-yə müraciət edən valideynlər bildirib ki, onlar sinifin müəllimi Səbinə Şahbazovanı istəmirlər. Valideynlər tez-tez dərsdən qalan müəllimin şagirdlərinə dərs deməsini məqbul hesab etmirlər və məhz buna görə də uşaqları məktəbə qoymurlar.

Müəllim və valideynlər mövcud problemi birmənalı qarşılamayıb.
Məsələyə münasibət bildirən litseyin direktoru bildirib ki, sinifin müəllimi analıq məzuniyyətinə çıxıb və artıq fevralın 1-dən analıq məzuniyyəti bitdiyinə görə işə çıxır: "Qanun müəllimənin öz yerinə qayıtmasını tələb edir. Biz də qanuna uyğun olaraq onun iş yerini bərpa etmişik. Tədris ilinin əvvəlindən başqa bir məktəbdən müddətli müqavilə ilə bir müəllim dəvət edilmişdi. Bu barədə Təhsil şöbəsinin də məlumatı var. Hazırda valideynlərlə danışıq aparılır. İnanıram ki, biz valideynlərlə bir-birimizi başa düşəcəyik".

Sumqayıt Şəhər Təhsil Şöbəsindən bildirilib ki, bu barədə Təhsil Nazirliyinə məlumat verilib və araşdırma gedir. Araşdırmann nəticəsi barədə yaxın günlərdə məlumat veriləcək

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol