• $
  • €
  • ₽
  • ₺
  • £

17 ildir təqaüd alırmış, xəbəri yoxdur - VİDEO

17 ildir təqaüd alırmış, xəbəri yoxdur - VİDEO
04.02.2022 10:21
Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.

"Ölkə.az” İTV-yə istinadən xəbər verir ki, qadın yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət edib.

Lakin eşitdiyi və gördüyünə inanmayıb. Aydın olub ki, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilib.

"Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedi ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedi ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, - Firuzə Əliyeva DOST mərkəzinə müraciət edəndə bu cavabı alıb.

Halbuki əlil deyil və gözləri də tam normal görür. Bundan sonra ona 180 manat pensiya alacağını deyiblər. Şikayətçi deyir ki, 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan Lerik rayonunda yaşayan qadındır. Amma sistemdə sənədlər Firuzə xanımın adına çıxır.

Məsələ ilə bağlı DOST mərkəzindən bildirilib ki, vətəndaşın pensiya müraciəti qeydə alınıb. Qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ona əmək pensiyası təyin ediləcək. Vətəndaşa yaşa görə pensiya isə artıq təyin olunub.

17 ildir pensiya alması ilə bağlı iddialara isə qurumun rəsmisi bildirib ki, problem ciddidir və xüsusi nəzarətə götürülüb. Araşdırmaların nəticəsi barədə açıqlama veriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol