Sumqayıtda 22 yaşlı gənc 52 yaşlı kişini öldürüb

Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























